"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azər Badamov: “Manatın devalvasiyası bələdiyyələrin fəaliyyətinə ciddi təsiri olmayacaqdır”-AçIQLAMA

--2015-12-22 / 00:18

Mərkəzi Bankın idarə Heyəti ölkə ərazisində manatın “üzən məzənnə rejimi”nə keçilməsi  bələdiyyələrin fəaliyyətinə  təsir edə bilərmi?

Bu sualla Milli Məclis üzvü Azər Badamova müraciət etdik.

Milli Məclsin Regional Məsələlər Komitəsinin üzvü Azər Badamov fikrincə Mərkəzi Bankın üzən məzənnə siyasətinə keçməsi və manatın devalvasiyası bələdiyyələrin fəaliyyətinə ciddi təsiri olmayacaqdır:

“Çünki bələdiyyələrin fəaliyyətinin xarici valyuta ilə əlaqəsi yoxdur. Bələdiyyələr ölkə daxilində fəaliyyət göstərir və göstərilən xidmətlər də 100% milli valyuta ilə ödənilir. Həm də ölkədə enerji daşıcıların da qiymətləri sabitdir və ona görə də bələdiyyələr heç bir əlavə xərclərlə üzləşməyəcəkdir. Yerli büdcəyə ödənilən vergilərin məbləği də qanunla tənzimlənir və vətəndaşlara nə qədər vergi hesablanırdısa o qədər də ödəməli olacaqlar. Sadəcə bələdiyyələr öz işlərini normal təşkil etməli, qanuna uyğun şəkildə əlavə mənbələri cəlb etməklə gəlirlərini artırmağa çalışmalıdır.”

Belediyye.info

ŞƏRHLƏR